6 ötürmə etdi, komandası qələbəyə sevindi

“Edmonton Oilers” və “Detroit Red Vinqs” arasında NHL-in adi mövsüm matçı baş tutub.

Allsport.az xəbər verir ki, görüş “neftçilər”in 8:4 hesablı qələbəsi ilə başa çatıb. Konnor Makdevid qaliblərin heyətində 6 məhsuldar ötürmə edib. Rayan Nugent-Hopkins dubla, Leon Draisaitl, Cody Ceci, Evan Bouchard, Dyilan Hollovey, Zak Himan və Evander Keyn hərəyə bir qola imza atıb.

“Qırmızı qanadlar”ın heyətində Aleks Debrinkat, Patrik Keyn, Cavid Perron və Co Veleno fərqlənib.

Həmin kateqoriyadan