- Baxış sayı: 47
- 22 İyun 2026 12:01
- Baxış sayı: 40
- İyun 23, 2026
- 0

“Edmonton Oilers” NHL-in adi mövsüm matçında əlavə vaxtda “Boston Bruins”ə 5:6 hesabı ilə uduzub.
Allsport.az xəbər verir ki, “neftçilər”in hücumçusu Konor Makdevid bu oyunda 2 məhsuldar ötürmə edib. Son 7 matçda Makdevid qol vurmasa da, 17 məhsuldar ötürmə edib. O, NHL tarixində 7 oyun ərzində 17+ assist və 0 qol qeyd edən 3-cü oyunçu olub. Ondan əvvəl bunu yalnız Veyn Qretzki (3 dəfə – 1986, 1988, 1991) və Mark Messier (1995) bacarmışdı.