Azərbaycan qran-prisinə alınan vauçerlərin biletlərlə dəyişdirilməsinə başlanılıb

Formula1 Azərbaycan qran-prisinə bilet alan tamaşaçılar şəhərin kassalarında vauçerlərini biletlərin əsli ilə dəyişdirə bilərlər. Allsport.az saytı xəbər verir ki, proses aprelin 29-da yarış başlayanadək davam edəcək.

Bilet dəyişdirməyə gələn tamaşaçılar özləri ilə şəxsiyyət vəsiqələrini və çap olunmuş vauçerlərini gətirməlidirlər. Vauçerləri yalnız onların üzərində adları əks olunan şəxslər dəyişdirə bilərlər. Bununla yanaşı, bilet satışı kassalarda və onlayn qaydada davam edəcək.

Onlayn qaydada alınan vauçerlər Azərbaycan qran-prisi başlayanadək müvafiq kassalarda biletlərin əsli ilə dəyişdirilməlidir. Çünki vauçerlərlə yarış məkanına daxil olmağa icazə verilməyəcək.

Mükafat yarışı həftəsonu ərzində tamaşaçılar şəhərin kassaları ilə yanaşı, yarış məkanının girişlərində quraşdırılmış bilet satışı məntəqələrində də vauçerləri dəyişdirə biləcəklər.

Həmin kateqoriyadan