AAAF parkda üzgüçülük hovuzu kompleksinin açılışı olacaq

Sabah AAAF parkda üzgüçülük hovuzu kompleksinin açılışı olacaq. Allsport.az saytı xəbər verir ki, Xırdalanda “Zirvə” uşaq akademiyasında yalnız kiçik yaşlı uşaqlar üçün bu növdə məşqləri keçirilirdi. AAAF-ın vitse-prezidenti Tofiq Heydərovun yaydığı məlumata görə, bu ildən artıq “Zirvə oyunları” proqramına yeniyetmələr arasında üzgüçülük yarışlarıda əlavə olunacaq: “Allahın köməkliyi ilə çalışacağıq ki, klubumuzda bütün idman növləri üçün şəraitin yaradılmasına müvəffəq olaq. Bütün klub üzvləri, Zirvə liseyi şagirdləri və AAAF yaşayış komleksi sakinləri bu xidmətlərimizdən rahat istifadə edə biləcəklər. 

“Zirvə” idman klubu və AAAF 20-ilə yaxındır ki, ağırlıqqaldırma və idmanın respublikamızda inkişaf etdirilməsi məqsədi ilə planlı işlər görür. İlk inşa etdiyimiz zallarda bizlər üçün gözəl şərait yaradan prezidentimiz İlham Əliyevin ” Biz Azərbaycanı idman ölkəsinə çevirməliyik!” cümləsini deviz olaraq qebul edirdiksə, artıq bu günləri bu yazıya ehtiyac yoxdur. Respublikamız artıq bütün dünyada idman ölkəsi kimi tanınır. 2017-ci ildə İslam oyunları zamanı AAAF parkda olan Beynəlxalq Ağır atletika federasiyasının rəhbər heyəti republikamızı dünya ağır atletikasının mərkəzi kimi qeyd etmişdilər. Sevinirəm ki bu görülən işlərdə azda olsa bizimdə əməyimiz var.
Bu ildən inşa ediləcək komplekslərimizdə ” İlhamla zirvələrə” devizi ilə işlərimizi davam etdirəcəyik.

Çünkü ümummilli lider Heydər Əliyev biz idmançılarla görüşəndə bizə bildirmişdir ki, SSRİ ölkələri arasında idman üzrə respublikamızın son sıralarda olması onu çox narahat edirdi. Bir sözlə bizi daima zirvələrdə görməyi arzulayırdı. İdmana qayğını bu səbəbdən tam olaraq öz üzərinə götürmüşdü ( Allah rəhmət eləsin!) 2018-25-ci illərdə Allahın köməkliyi komplekslərimizin sayını 200 – ə çatdırmağı qarşımıza məqsəd qoymuşuq. Bu il Bakıda və Sumqayıtda 2 kompleksimizin açılışı baş tutdu. Sabah Xırdalanda, 9 aprel Lənkəranın Aşağı Nüvədi kəndində və 10 aprel isə Lerikin Piran kəndində komplekslərimizin açılışı olacaq. Hamını “İlhamla Zirvələrə” devizi altında açılışlarımıza dəvət edirik”.

Həmin kateqoriyadan