“AAAF Xırdalan”dan qələbə

Allsport.az xəbər verir ki, bu gün “Sərhədçi” idman mərkəzində, 28-ci turun 2-ci oyunu baş tutub. “Zirvə Astara” və “AAAF Xırdalan”ın üz-üzə gəldiyi oyunun sonunda “AAAF Xırdalan” rəqibi üzərində 109:96 hesablı qələbə qazanaraq, müntəzəm çempionatı 4-cü pillədə tamamlayıb.

Ən məhsuldar basketbolçular: “Zirvə Astara” (Ruşard Kruikşenk – 27 xal, 5 götürmə), “AAAF Xırdalan” (Endryu Korum – 31 xal, 9 götürmə).

Turun son 2 oyunu (“Sabah” – “Olimpik Şəki”, NTD – “Neftçi”) 29 aprel tarixində baş tutacaq.

Həmin kateqoriyadan