ADBTİA-nın basketbolçuları “Tamgənc” tələbə liqasının çempionudur

Allsport.az xəbər verir ki, 23 aprel ABB-nin sponsorluğu ilə Azərbaycan texniki universitetinin idman zalında “Tamgənc” tələbə asketbol liqasının final oyunu baş tutub.

Final qarşılaşmasını, BP Azərbaycan şirkətinin vitse-prezidenti və Azərbaycan basketbol federasiyasının rəyasət heyətinin üzvü Bəxtiyar Aslanbəyli, Azərbaycan respublikasının elm və təhsil nazirinin müavini Firudin Qurbanov və Azərbaycan beynəlxalq bankının idarə heyətinin sədr müavini Taleh Tahirli birbaşa arenadan izləyiblər.

Azərbaycan texniki universiteti və ADBTİA basketbolçuları arasında keçirilən final oyununun əvvəlində ATU-nun tələbələri böyük üstünlük əldə etsələr də, onlar bu üstünlüyü sona qədər qoruya bilməyiblər. Geri dönüş edən ADBTİA-nın basketbolçuları yekunda 82:77 hesablı qələbə qazanaraq, “Tamgənc” tələbə basketbol liqasının çempionu olublar.

Finalın ən dəyərli basketbolçusu ADBTİA-nın üzvü Şirzad Şirzadov seçilib. 3-cü yer uğrunda baş tutmuş oyunda isə, Azərbaycan dövlət neft və sənaye universitetinin (ADNSU) komandası, Azərbaycan dövlət İqtisad Universitetinin (ADİU) komandası üzərində 77:68 hesablı qələbə qazanaraq, liqanın bürünc mükafatlarına yiyələniblər.

Həmin kateqoriyadan