Aerobika gimnastlarımız “Slovak Aerobic Open”də

Azərbaycan gənc aerobika gimnastları “Slovak Aerobic Open”də iştirak edəcəklər.

Allsport.az xəbər verir ki, Slovakiyanın paytaxtı Bratislavada təşkil olunacaq beynalxalq turnir aprelin 12-14-də keçiriləcək.

Azərbaycan yığması turnirdə 5 idmançı ilə təmsil olunacaq. Yarışda ölkəmizin şərəfini Fidan İbrahimova, Leyla Əhmədova, Evelina Kozlovskaya, Məryəm Topçubaşova və Sara Əlixanlı qoruyacaq.

Yarışda məşqçi Emil Quliyev və hakim Tünzalə Daşdəmirova da ölkəmizi təmsil edəcəklər.

Həmin kateqoriyadan