- Baxış sayı: 108
- 25 İyun 2026 00:34
- Baxış sayı: 102
- İyun 25, 2026
- 0

Gimnastika federasiyasının məşqçilərin peşəkar hazırlığı üzrə tədris proqramına dair qaydalarına uyğun olaraq, aerobika üzrə 1-ci səviyyəyə aid (5-7 yaşlı gimnastlarla çalışan məşqçilər üçün) məşqçilik kurslarının onlayn hissəsi başa çatıb.
Allsport.az saytı xəbər verir ki, noyabrın 18-20-də MGA-da bolqarıstanlı mütəxəssis Kaloyan Kaloyanovun rəhbərliyi ilə kursların nəzəri və təcrübi tədris hissəsi təşkil olunacaq.
Tədris kursları 5 səviyyədən (ilk iki səviyyə başlanğıc, növbəti 3 səviyyə isə əsas kurslar) ibarətdir. Onlayn kursları və imtahanları uğurla başa vuran məşqçilər elektron qaydada dinləyici sertifikatı əldə edirlər.