Ağırlıqqaldırma üzrə ölkə çempionatı

Allsport.az xəbər verir ki, 28-29 apreldə Şüvəlan qəsəbəsində yerləşən ağır atletika akademiyasının yarış zalında kişilər və qadınlar arasında Azərbaycan çempionatı keçiriləcək. Yarışda ölkənin bütün bölgələrindən 100-dən çox atlet qüvvəsini sınayacaq.

Çempionatın təşkilində məqsəd ağır atletika idman növünün şəhər, rayon, qəsəbə və kəndlərdə təbliği və inkişafına dəstək verilməsi, idmançıların ustalıq səviyyəsinin artırılması və təkmilləşdirilməsi, texniki cəhətdən hazırlıqlı və dərəcə normalarını yerinə yetirən idmançıların seçilməsi, kişilərdən və qadınlardan ibarət milli yığma komandaların tərkibinin müəyyənləşdirilməsi, qarşıdakı beynəlxalq yarışlara hazırlanmasıdır.

.

Həmin kateqoriyadan