Ağırlıqqaldırma üzrə millimiz Vətəndə

Qətərin paytaxtı Dohada keçirilən ağırlıqqaldırma üzrə qran-pridə iştirak edən Azərbaycan yığması Vətənə dönüb.

Allsport.az xəbər verir ki, komanda Heydər Əliyev beynəlxalq hava limanında coşquyla qarşılanıb.

Uğur qazanan Dadaş Dadaşbəyli və baş məşqçi Emil Əliyev yarış barədə təəssüratlarını bölüşüblər.

Qeyd edək ki, Paris-2024 yay olimpiya oyunlarına lisenziya xarakterli turnirdə atletlərimizdən Dadaş Dadaşbəyli fərqlənib. O, 109 kq çəki dərəcəsində təkanla qaldırma hərəkətində gümüş, birdən qaldırma hərəkəti və toplam 388 (176+212) kq nəticə ilə yekun sıralamada qızıl medal qazanaraq yarışı çempion kimi başa vurub.

Həmin kateqoriyadan