AİJA və “Məmmədyarovlar”ın birgə təşkilatçılığı ilə idman jurnalistləri arasında şahmat yarışı

Azərbaycan idman jurnalistləri assosiasiyasının və “Məmmədyarovlar” şahmat klubunun birgə təşkilatçılığı ilə idman KİV-i arasında 28 may Respublika gününə və ümumilli lider Heydər Əliyevin xatirəsinə ənənəvi şahmat turniri keçirilib.

Allsport.az saytı xəbər verir ki, “Məmmədyarovlar” şahmat məktəbində baş tutan yarışda AzərTac, İdman TV, Azad Azərbaycan TV, “Futbol+”, “Azərbaycan” və “Xalq Qəzeti”nin, Qol.az, Chess.az, Sportmedia.az, Allsport.az saytlarının əməkdaşları iştirak ediblər.

Blits turnir 9 turdan ibarət dairəvi sistemlə keçirilib. Yekunda 8.5 xal toplayan Qol.az saytının təmsilçisi Aysel Adıgözəlli çempionluğa yiyələnib. AzərTac-dan Ramiz Quliyev 8 xalla 2-ci, ATV-dən İlkin Xəlilov 6.5 xalla 3-cü yeri tutublar.

Sonda qaliblərə AİJA prezidenti Eldar İsmayılov, turnirin direktoru, qadınlar arasında beynəlxalq dərəcəli qrossmeyster Zeynəb Məmmədyarova və baş hakim Fidan Talıbova tərəfindən kuboklar, diplomlar və pul mükafatları təqdim edilib.

Həmin kateqoriyadan