Alina olimpiya simvolu seçilib

Alina Zaqitova olimpiya növlərinin simvolu kimi tanınıb. Allsport.az saytının məlumatına görə, səsvermə Tvitterdə baş tutub. Təşkilatçısı beynəlxalq olimpiya komitəsi olub. Fiqurlu konkisürən finalda səslərin 62 faizini toplayaraq amerikalı həmkarı Conni Veyranı üstələyib. Buna qədər o, yamaykalı qaçışçılar Useyn BoltŞelli-Ənn Freyzer-Praysı ötmüşdü.

Mayın 15-də məlum oldu ki, olimpiya çempionu karyerasının dayandırılmasına rəğmən, yeni mövsüm üçün Rusiya millisinə salınıb. O, ötən ilin dekabrında idmandan müvəqqəti ayrıldığını elan etmişdi. Alinanın medal boxçasında Avropa və dünya çempionatlarının qızılları, həmçinin qran-pri seriyasının final mükafatları da daxildir.

Həmin kateqoriyadan