- Baxış sayı: 43
- 10 Avqust 2026 21:53
- Baxış sayı: 91
- Avqust 10, 2026
- 0

Futbol millisinin çöküş yaşadığı dövrdə Almaniyanın basketbol seçməsi finalda Serbiyaya 83:77 hesabı ilə qalib gələrək ilk dəfə dünya çempionu olub.
Allsport.az saytı xəbər verir ki, bundestimin mundiallarda buna qədər ən böyük nəticəsi əfsanəvi Dirk Novitzkinin MVP olduğu DÇ-2002-nin bürünc medalı idi.
Qordon Herbertin komandası son avrobasketdə də eyni uğura nail olmuşdu. Almaniya yığması planetin ən güclülərinin yarışında ilk qızılını isə 30 il əvvəl AÇ-də qazanmışdı.