AMADA 2 aylıq onlayn təhsil proqramına başlayıb


Koronavirus pandemiyası həyatımıza çağırışlarla yanaşı yeni nizam və reallıqlar da gətirib. Allsport.az saytı xəbər verir ki,İdman qurumları və təhsil institutlarının müvəqqəti bağlanması ilə əlaqədar idmançılar, məşqçilər və media heyəti üzvlərinin bu dövrdən faydalı yaralanması üçün AMADA xüsusi onlayn təhsil və maarifləndirmə proqramını hazırlayıb.

İki ay davam edəcək bu proqram antidopinq proqramının müxtəlif istiqamətlərini əhatə etməklə yanaşı COVİD-19 pandemiyası dövründə idmançıları ən çox narahat edən suallara interaktiv formada cavab vermək imkanı yaradacaq. Proqram vebinar, sual-cavab oyunları və müxtəlif mövzular ətrafında müzakirələr formatında keçiriləcək.

27 apreldə “COVİD-19 və antidopinq fəaliyyəti” mövzusunda keçirilən vebinarla start götürən bu onlayn proqram iyun ayının sonunadək davam edəcək. İdmançılar, məşqçi heyəti və adi istifadəçilər üçün açıq keçirilən birinci vebinar zamanı COVİD-19 dövründə dopinq testlər, idmançıların məkan məlumatları, terapevtik istifadə üçün istisnalar (Tİİ) və digər mövzular müzakirə olundu. Növbəti günlərdə AMADA tərəfindən təqdim olunacaq vebinarlar aşağıdakı mövzuları əhatə edəcək:

İdmançıların hüquq və öhdəlikləri – 5 May;
Qida əlavələrinin yaratdığı risklər – 11 May;
2020-ci il qadağan edilmiş maddələr və üsulların siyahısı – 25 May.

Qeyd edək ki, siyahıda qeyd edilmiş vebinarlar barədə AMADA-nın Feysbuk və İnstaqram səhifələrində əvvəlcədən elan olunacaq. Bütün vebinarlar Azərbaycan dilində “Microsoft Teams” platforması üzərində keçiriləcək.

Həmin kateqoriyadan