Ardıcıl 4-cü məğlubiyyət

“Minnesota” NBA-nın müntəzəm mövsüm oyununda “Lakers” məğlub edib.

Allsport.az xəbər verir ki, görüş 118:111 hesabı ilə “Timbervolvz”un xeyrinə başa çatıb.

Qaliblərin heyətində Entoni Edvards 27 xal, Los Anceles üçün isə Entoni Devis 31 xal toplayıb. “Minnesota” 27 oyunda 21 qələbə ilə NBA qərb konfransına başçılıq edir. “Lakers” ardıcıl dördüncü oyununda uduzaraq 10-cu pilləyə düşüb.

Həmin kateqoriyadan