- Baxış sayı: 45
- 22 İyun 2026 12:01
- Baxış sayı: 198
- İyun 23, 2026
- 0

Çex Respublikasında keçirilən xokkey üzrə dünya çempionatının qrup mərhələsində Kanada yığması Norveçi 4:1 hesabı ilə məğlub edib.
Allsport.az xəbər verir ki, “Maple Leafs”ın heyətində Brandon Tanev, Andryu Mangiapane, Dylan Cozens və Jared Makkann qol vurub. Norveçin heyətində isə Stian Solberq fərqlənib.
Kanadalılar üçün bu, onların mundialda ardıcıl 4-cü qələbəsi olub. Norveçlilər isə 5 görüşdə 4-cü məğlubiyyətini alıblar.