Ardıcıl 7 yenilgi

“Sibir” KHL adi mövsümünün səfər matçında “Admiral”ı məğlub edib.

Allsport.az xəbər verir ki, görüş 4:2 hesabı ilə Novosibirsk komandasının xeyrinə başa çatıb.
Qaliblərin heyətində Artyom Mixeyev dubl edib, Endi Andreyov isə 2 (1+1) xal qazanıb. “Admiral”ın heyətində isə Nikita Anoxovski 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Sibir KHL-də 55 xalla 8-cidir. “Admiral” 39 xalla cədvəldə sonuncudur. Bu məğlubiyyət Vladivostok klubu üçün ardıcıl 7-ci olub.

Həmin kateqoriyadan