Arif Rəhimov: Bu dünya ulduzunun Bakıda konserti ilə mükəmməl bir final olacaq

23-25 iyunda keçiriləcək Azərbaycan mükafat yarışıının sonuncu günündə Bakıda səhnəyə çıxacaq Meraya Keri çıxacaq. Allsport.az saytı xəbər verir ki, dünya ulduzunun adının açıqlanmasına BŞH-nin icraçı direktoru Arif Rəhimovun münasibəti belə olub:

“Biz musiqi tarixində ən böyuk uğur qazanmış xanım müğənnini Bakıda baş tutan ikinci formula-1 yarışının sonuncu günündə qarşılamaqdan böyük qürur duyuruq. Meraya Keri bütün dünyada milyonlarla insanın dillər əzbəri olmuş mahnıları ilə seçilən möhtəşəm səsdir.

Onun ən çox sevilən mahnılarını ifa edəcəyi konsert proqramında iştirak etmək həqiqətən də böyük bir ayrıcalıqdır və bu tədbir mövsümün ən möhtəşəm və ən baxımlı formula-1 həftəsonunu ən gözəl şəkildə yekunlaşdıran mükəmməl bir final olacaq. Biz bu tədbiri bütün dünya ilə birlikdə yüksək səviyyədə qeyd etməyə hazırıq və hamını bu yay Bakıda bizimlə birgə olmağa dəvət edirik!”

Həmin kateqoriyadan