Arif Rəhimov Formula-1-dən uzaqlaşdı. Onun yerini tutacaq şəxs də məlumdur

Bakı şəhər halqası əməliyyat şirkətinin icraçı direktoru Arif Rəhimov tutduğu vəzifədən uzaqlaşıb. Bunun səbəbi hələ açıqlanmayıb. Ehtimala əsasən, gənclər idman nazirliyindən belə məsləhət görüblər. Allsport.az saytının əldə etdiyi məlumatına görə, onun yerini Milli gimnastika arenasının direktoru Maqsud Fərzullayev tutacaq.

Adı ilk çəkilən şəxs mərhum gənclər və idman naziri Azad Rəhimovun yeganə varisidir. O, ilk gündən bu işi icra edib. Onun Beynəlxalq avtomobil federasiyası və Formula-1 şirkəti ilə sıx əlaqələri, eləcə də həmin təşkilatlarda nüfuzu var.

Dünyanın ən məşhur maşın ötüşməsi Azərbaycanda 6 ildir keçirilir. Gələn il Bakı şəhər halqasında mükafat yarışı 28-30 apreldə olacaq. Bu il avtomobil həvəskarları çılğın mübarizəni paytaxtımızda 10-12 iyunda izlədilər.

Maqsud Fərzullayevə gəlincə, o, idman ictimaiyyətində bacarıqlı təşkilatçı kimi tanınır və yeni işinin öhdəsindən gələcəyi şübhə doğurmur. Gəzən söz-söhbətə görə, onun yerinə namizdələrdən biri Siyana Vasilyevadır. Bolqar mütəxəssis bədii gimnastika üzrə qrup hərəkətləri millimizin baş məşqçisidir. Eyni zamanda, onun adı Respublika yüksək idman ustalığı məktəbində gimnastika üzrə məşqçi-müəllim siyhısındadır.

26 yaşlı çalışdırıcı gənclər və idman nazirinin müavini Mariana Vasilyevanın qızıdır.

Həmin kateqoriyadan