Arif Rəhimov: İqlim dəyişikliyinin planetə verdiyi zərəri azaltmaq olduqca əhəmiyyətlidir

Formula1 Azərbaycan qran-prisinin promouteri olan Bakı şəhər halqası əməliyyat şirkəti “Yaşıl strategiya”ya keçdiyini bəyan edib. Allsport.az saytı xəbər verir ki, BŞH-nin icraçı direktoru Arif Rəhimov hamını yaşıl hərəkata qoşulmağa çağırıb:

“Bu sirr deyil ki, indiki dövrdə insanlığın üzləşdiyi ən böyük təhlükəyə səbəb yenə insanın özüdür. Buna görə əməliyyat şirkəti olaraq inanırıq ki, iqlim dəyişikliyinin gözəl planetimizə verdiyi zərəri azaltmaq üçün öz üzərimizə düşəni etmək olduqca əhəmiyyətlidir.

Mən buna tam əminəm ki, hərəkətlər sözlərdən daha təsirlidir və ona görə də yeni təşəbbüsümüzdən yola çıxaraq deyə bilərəm ki, bu gündən etibarən şirkətimiz üçün yalnız yaşıl düşünmək yox, həm də yaşıl hərəkət etmək böyük önəm daşıyır.

Biz Formula1 ictimaiyyətinin tərkib hissəsi olan bütün dostlarımızı və tərəfdaşlarımızı, eynilə azarkeşləri tullantılara qarşı birgə mübarizəyə və gələcək nəsillərə daha parlaq gələcək bəxş etmək üçün var gücümüzlə çalışmağa dəvət edirəm”.

Həmin kateqoriyadan