Arina Kalugina 14-cü oldu

25 fevral – 2 martda Azərbaycanı beynəlxalq fiqurlu konkisürmə üzrə yarışlarda təmsil edən yeniyetmə idmançı Arina Kalugina Macarıstanın Debresen şəhərində keçirilən yeniyetmələr arasında dünya çempionatında iştirak edib.

Allsport.az xəbər verir ki, qısa və sərbəst proqram üzrə çıxış edən Arina Kalugina 48 idmançı arasında 172.43 xal toplayaraq yekun nəticədə 14-cü yerə sahib olub.

Həmin kateqoriyadan