- Baxış sayı: 47
- 19 Aprel 2024 13:26
- Baxış sayı: 45
- Aprel 18, 2024
- 0
Allsport.az xəbər verir ki, Sloveniyanın Koper elm və tədqiqat mərkəzinin direktoru professor Rado Pişot bu gün Azərbaycan dövlət bədən tərbiyəsi və idman akademiyasında (ASAPES) rektor Fuad Hacıyev, elmi işlər, beynəlxalq əlaqələr və keyfiyyət siyasəti üzrə prorektor Təhminə Tağızadə və akademik heyətlə görüşüb.
Görüş zamanı Azərbaycanda qış idman növlərinin inkişafı və bu sahədə ixtisaslı mütəxəssislərin hazırlanması üzrə əməkdaşlıq imkanları, müvafiq tədris planının hazırlanması və bu prosesdə Sloveniya və digər Avropa ölkələrinin təcrübəsindən istifadə imkanları geniş müzakirə olunub.
İnkişaf etməkdə olan bu sahə üzrə kadr hazırlığını beynəlxalq standartlara və tələblərə uyğun şəkildə aparmaq üçün ASAPES əcnəbi mütəxəssislərin cəlb olunması istiqamətində fəaliyyətini davam etdirəcək.