“Aston Martin” rəqiblərini təccübləndirib

Allsport.az saytı xəbər verir ki, “Red Bul “və “Ferrari” komandaları yeni mövsümdə “Aston Martin” kollektivini ciddi rəqib hesab edir. Mövsüm öncəsi testlərdə Fernando Alonsonun göstərdiyi sürətli nəticə nəzərdən qaçmayıb. 2-qat dünya çempionu Saxir trasında “Red Bul” un sürücüsü Serxio Peresdən yarım saniyə geridə qalıb.

Mətbuat konfransında Kristian Horner və Frederik Vassyör Silverston komandasının irəliləyişinin yüksək qiymətləndirib. Horner fikirlərini belə bölüşüb: ”Aston Martin bolidinin keçən həftə testlərdə yaxşı vəziyyətdə olduğunun şahidi olduq. Fernnado Alonso yeni AMR-23 modelinin sükan arxasında əla görünür. Düşünürəm, onlar bu il əsl sürpriz təqdim edə bilərlər“.

Həmin kateqoriyadan