- Baxış sayı: 47
- 25 Sentyabr 2026 23:22
- Baxış sayı: 85
- Sentyabr 25, 2026
- 0

Allsport.az xəbər verir ki, “Panatinaykos”un yeni baş məşqçisi Ergin Ataman Yunanıstan komandasının növbəti mövsüm üçün qarşıya qoyduğu vəzifələrdən danışıb.
“Hazırda klubumuzun prezidenti və baş meneceri çox önəmli oyunçularla danışıqlar aparır. Avropada yüksək səviyyəli basketbolçular üçün transfer bazarı hələ tam açılmayıb, lakin komandada böyük dəyişikliklər olacaq. Bzi komanda olaraq “Dördlər finalı” və Avroliqa çempionluğunu hədəfləyirik.
Təbii ki, çox güclü heyətimiz olacaq, amma hələlik ad deyə bilmərəm. 2-3 həftə sonra yavaş-yavaş transferlərlə bağlı fikirlər formalaşmağa başlayacaq” – Ataman bildirib.