“Audi” yenidən formula-1 ailəsinə qayıdır?

Formula-1-də 2014-cü ildə turbo mühərriklərin peyda olması bu mürəkkəb texnologiyaların çox baha və səssiz olması barədə tənqidlərin artmasına səbəb olmuşdu. Allsport.az saytı xəbər verir ki, Çempionatın yeni sahibi “Liberty Media” şirkəti artıq bir neçə dəfə bəyan edib ki, f-1 gələcəkdə başqa mühərriklərə keçə bilər və həmin istiqamətdə ilk addımlarını atıb. Bu gün Parisdə motorçuların toplantısı baş tutacaq. Əsas müzakirə mövzusu isə 2020-ci ildən sonra güc qurğularının texniki reqalmenti olacaq.

Almaniyanın “Spox” qəzetinin məlumatına görə, toplantıda çempionatda təmsil olunan “Mercedes”, “Ferrari”, “Honda” və “Renault” motorçuları ilə yanaşı digər şirkətlərin də nümayəndələri iştirak edəcəklər. Qəzetin yazdığına görə, bir neçə Yaponiya şirkəti ilə birlikdə “Audi” şirkəti də çempionata qayıtmaqda maraqlıdır.

“Audi”nin formula-1-də debüt etməsi barədə söz-söhbət çoxdan gəzirdi, amma ABŞ-da “Folksvagen” ətrafında yaranan “dizel qalmaqalı” konserni bu planlardan əl çəkməyə məcbur etdi. İstisna deyil ki, bugnkü toplantıya qatılması şirkətin 2020-ci ildən sonra formula1-ə gəlişi istiqamətində atılmış ilk addımdır.

F-1.az bildirir ki, “Mercedes Motorsport”un başçısı “Toto Volff Motorsport-Total” dərgisinə toplantı barədə məlumat verib: “Cümə günü Parisdə baş tutacaq toplantının məqsədi motor istehsalçıların avtoidmanın gələcəyi barədə fikirlərini öyrənməkdir. Bu barədə bizim öz fikrimiz var, amma indi mən bu fikri səsləndirməyəcəm. Biz cari reqlament çərçivəsində nəyi düzgün, nəyi səhv etdiyimizi başa düşüb, düzgün nəticələr çıxartmalıyıq. Yekunda isə biz maraqlı məhsul hazırlamalıyıq”.

Həmin kateqoriyadan