Austindən diqqətçəkən açıqlama

NBA-da “Los Anceles Leykrs”də çıxış edən Austin Rives bu mövsüm möhtəşəm çıxışı ilə diqqət çəkir.

Allsport.az xəbər verir ki, basketbolçu ikinci mövsümünü keçirdiyi “Leykrs”də mühüm çıxışlara imza atarkən diqqətçəkən açıqlamalar verib.

24 yaşlı oyunçu pulun əhəmiyyətinə toxunarkən bunları deyib:

“Bu oyunu pul üçün oynamırıq deyən yalan danışır. Mən mümkün qədər çox pul qazanmaq və uğur qazanmaq istəyirəm, harada olmasının fərqi yoxdur “.

Austin bu mövsüm “Los Anceles Leykrs” forması ilə 55 oyunda orta hesabla 12,3 xal, 3,0 götürmə və 3,0 məhsuldar ötürmə edib.

Həmin kateqoriyadan