Avstraliya qran-prisinin qalibi: Ən böyük rəqibimiz “Mercedes” komandasıdır

“Ferrari” komandasının sürücüsü Sebastyan Fettel son illərdə çoxlu işləməyin qarşılığını aldıqlarını deyib. Allsport.az saytı f-1.az istinadən xəbər verir ki, italiyalılar Avstraliya mükafat yarışını qazanaraq, 18 aylıq həsrətinə son qoyub və bu mövsüm asanlıqla təslim olmayacaqlarını göstərib.

“2015-ci ildə komandada çox gözəl motivasiya var idi. 2016-cı ildə yarış qazana bilmədiyimiz üçün üzərimizdəki stress də artdı və pis vəziyyətdə qaldıq, amma dayanmadan işlədik. İndi də bunun meyvələrini toplayırıq. Avstraliyadakı qələbə önəmli idi, amna bu sadəcə kiçik bir addımdır. Məqsədim daha böyük uğurlar qazanmaqdır və bunun üçün əlimizdə gözəl şans var.

“Mercedes” son 3 ildə inanılmaz işlər gördü. Bu mövsüm də ən böyük rəqibimiz onlardır. Valtteri də komandaya tez uyğunlaşdı və yenidən güclü sürücü heyətləri oldu. Hazırda rahatlaya bilmərik və onların önündə qalmaq üçün işləməliyik” – deyə, Sebastyan Fettel bildirib.

Həmin kateqoriyadan