Avstriya mükafat yarışında “Mersedes”in sürücüsü 1-ci yerə çıxıb

Formula-1 üzrə dünya çempionatının 9-cu mərhələsində Valtteri Bottas qalib olub. Allsport.az saytı xəbər verir ki, “Mersedes” komandasının sürücüsü Avstriya qran-prisində 4326 metrlik trasda 71 dövrəni 1 saat 21 dəqiqə 48,523 saniyəyə başa vuraraq, hesabına 25 xal əlavə edib.

Öndərdən 0,658 saniyə geri qalan Sebastyan Fettel (“Ferrari”) 18 xalla 2-ci yeri tutub. İlk üçlüyü liderdən 6,012 saniyə sonra finişə çatan Daniel Rikkardo (“Red Bull Racing”, 15 xal) tamamlayıb.

Konstruktorlar kubokunda isə “Mercedes” 287 xalla yenə 1-ci, “Ferrari” 2-ci (254), “Red Bull” 3-cüdür (152).  Çempionatın növbəti, 10-cu yarışı Böyük Britaniya qran-Prisi iyulun 14-16-da keçiriləcək.

Həmin kateqoriyadan