Dünya çempionatında rəqiblərimiz bilindi

Kişi basketbolçulardan ibarət Azərbaycan millisinin 2027-ci il Qətərdə dünya çempionatının ilkin təsnifat mərhələsində üz-üzə gələcəyi rəqiblər bilinib.

Allsport.az saytı xəbər verir ki, Almaniyanın Münhen şəhərində baş tutan püşkün nəticəsinə əsasən, komandamız “A” qrupunda İsveçrə, Kosovo və İrlandiya yığmaları ilə mübarizə aparacaq.

Qrup oyunları dairəvi sistemlə keçiriləcək. Üç qrup qalibi ilə birgə ən yaxşı qrup ikincisi 2025-ci ilin yayında baş tutacaq ilkin təsnifat mərhələsinin ikinci raunduna yüksələcək.

Təsnifat mərhələsində qrupun ilk oyunları 2024-cü il 19-27 fevral tarixlərində keçiriləcək.

Həmin kateqoriyadan