“Azərbaycan basketbolunu yüksək səviyyədə təmsil etdik”

Bu gün “Sabah” klubu Bakı idman sarayında FİBA Avropa kubokunun “D” qrupunda 6-cı turda Çex Respublikasının “Nimburk” basketbolçularına 89:97 uduzub. Allsport.az xəbər verir ki, matçdan sonra mətbuat konfransında məşqçimiz Nikola Bozinovski bunu deyib:

“FİBA Avropa kubokunda çıxışımızı başa vurduq. İlk dəfə bu turnirdə mübarizə apardığımızı nəzər alsaq, düşünürəm ki, Azərbaycan basketbolunu yüksək səviyyədə təmsil etdik.

Növbəti mövsümdə avrokuboklarda iştirak hüququ qazansaq, daha uğurlu çıxış edə bilərik. Ehtiyat skamyamızda əsas oyunçularımızı əvəzləyə biləcək yüksək səviyyəli daha bir yerli basketbolçuya ehtiyacımız var ki, oyun ərzində rotasiya imkanlarımız genişlənsin”.

Həmin kateqoriyadan