Azərbaycan kubokunda finalçılar müəyyənləşib

Azərbaycan kubokunda finalçılar müəyyənləşib

Allsport.az xəbər verir ki, Azərbaycan texniki universitetinin idman zalında, qadınlar arasında basketbol üzrə Azərbaycan kubokunun sonuncu qrup oyunları keçirilib.

Günün ilk oyununda BBA – AZE U-16 komandaları qarşılaşıb. Bu görüşdə BBA komandası 61:37 hesablı qələbə qazanaraq, turnir cədvəlində ilk sıranın sahibi olub və adını finala yazdırmağı bacarıb.

Məğlubiyyətə baxmayaraq U-16 yığmamız qrupda ikinci pilləni tutaraq, kubokun növbəti finalçısı olub. Günün ikinci oyununda ALOV komandası PH basketbolçuları ilə üz-üzə gəlib. ALOV komandası rəqibi üzərində 48:46 hesablı qələbə qanaraq, qrupda 3-cü pillənin sahibi olub.

Kubokun final görüşü 10 aprel saat 21:15 -də start götürəcək və federasiyanın rəsmi “youtube” hesabından canlı yayımlanacaq

Həmin kateqoriyadan