Azərbaycan mükafat yarışı-2017: Avtoqraf sessiyalarının cədvəli məlumdur

Milli yarışımıza 8 gün qalıb. Allsport.az saytı xəbər verir ki, Azərbaycan qran-prisinin iştirakçıları gələn həftənin əvvəlindən etibarən paytaxtımıza gələcəklər. Artıq azarkeşlərin sevimli sürücüləri ilə görüşüb avtoqraf ala biləcəyi tarixlər və saatlar da məlumdur. Bakı Şəhər Halqası əməliyyat şirkəti bu gün avtoqraf sessiyalarının cədvəlini dərc edib.

F-1.az azarkeşlərin nəzərinə çatdırır ki, bu sessiyalara həm yerli, həm də xarici azarkeşlərin marağı böyük olduğundan, uzun növbələr yaranır. Buna görə də, bu sessiyalar üçün nəzərdə tutulmuş zonalarda əvvəlcədən öz yerinizi tutmaq çox vacibdir. Hansı komandanın sürücüləri hansı gün və hansı saatda sessiyada iştirak edəcəklər? Bu barədə aşağıdakı cədvəldə öyrənə bilərsiz.

23 iyun
11:00 – 11:20 “Maklaren Xonda”
11:20 – 11:40 “Haas”
15:40 – 16:00 “Uillyams”

24 iyun
11:40 – 12:00 “Red Bull”
12:15 – 12:35 “Ferrari”
12:20 – 12:40 “Mersedes AMG”
12:40 – 13:00 “Renault”

25 iyun
12:40 – 13:00 “Toro Rosso”
13:20 – 13:50 “Sauber”
13:45 – 14:10 “Force İndia”

Həmin kateqoriyadan