Azərbaycan mükafat yarışı ilə bağlı viza qaydalarını sadələşdirdi

Azərbaycan prezidenti İlham Əliyev bu il Bakıda keçiriləcək Formula-1 Azərbaycan qran-prisinin təşkili və keçirilməsi ilə bağlı ölkəmizə gələcək əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi haqqında sərəncam imzalayıb.

Allsport.az saytı xəbər verir ki, çükafat yarışı ilə əlaqədar ölkəmizə gələn və bu sərəncamda göstərilən sənədlərdən hər hansı birini təqdim edən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər, mayın 10-dan iyunun 15-dək beynəlxalq hava limanlarında viza ala bilərlər.

Həmin kateqoriyadan