Azərbaycan mükafat yarışına endirimli biletlərin satışı davam edir

Formula1 Azərbaycan mükafat yarışına biletlər satışdadır və 4 günlük biletlər 15 yanvar 2020-ci il tarixinədək 20 faiz endirimlə təklif olunur. Allsport.az saytı xəbər verir ki, kampaniya 15 yanvara qədər davam edəcək və həmin tarixdən sonra biletlərin satışı tam qiymət üzərindən aparılacaq. Bu kampaniya ilə yanaşı yalnız yerli sakinlərə əlavə 25 faiz endirim də təqdim olunur. Yerli sakinlər kateqoriyasına şəxsiyyət vəsiqəsinə sahib hər bir Azərbaycan vətəndaşı və ölkədə müvəqqəti yaşama icazəsi olan hər bir xarici vətəndaş daxildir.

Dördgünlük biletlərə tətbiq olunan endirim kampaniyasından əlavə 2 ilə 15 yaş arasında olan uşaqlar üçün də xüsusi endirimlər təqdim olunur. Bu kampaniya yalnız dördgünlük biletlərə aiddir və həmçinin azyaşlılar üçün olan dördgünlük biletlər yalnız böyüklər üçün olan müvafiq biletlərlə birgə satılır. Bundan başqa, yarışı ayaqüstü zonalardan izləmək istəyənlərə təklif olunan birgünlük biletlərə endirim şamil olunmur və bu biletlər tam qiymətlə satılır.

Dördgünlük biletlərin indiki qiyməti tribunadan asılı olaraq 210-710 AZN arasında dəyişir. Azyaşlılar üçün endirimli qiymət müvafiq olaraq 150-500 AZN təşkil edir. Ayaqüstü zona üçün olan biletlərin qiymətləri isə 110-190 AZN aralığındadır.

Formula1 Azərbaycan qran-prisi 2020-ni yerində canlı izləmək üçün indidən bilet almaq və bu məqsədlə Bakıya səfərini öncədən planlaşdırmaq istəyənlər ətraflı məlumatı vebsaytımızdan əldə edə bilərlər: www.bakucitycircuit.com

Daha ətraflı məlumat əldə etmək istəyən media nümayəndələri media@bakugp.az elektron ünvanı vasitəsilə bizimlə əlaqə saxlaya bilərlər.



Həmin kateqoriyadan