- Baxış sayı: 77
- 13 Aprel 2024 14:14
- Baxış sayı: 44
- Aprel 23, 2024
- 0
26-28 apreldə Formula1 üzrə sayca 4-cü Azərbaycan qran-prisinə yerli media nümayəndələrinin qeydiyyatına başlanılıb. Allsport.az saytı xəbər verir ki, dünya çempionatına akkreditasiya Beynəlxalq Avtomobil Federasiyası və Formula1 şirkəti tərəfindən idarə olunur.
Yerli KİV-in yarışa qeydiyyatı Bakı Şəhər Halqası əməliyyat şirkətinin vasitəçiliyi ilə həyata keçirilir. Proses 28 fevral saat 17:00-dək davam edəcək.
Akkreditədən keçmək istəyən jurnalistlər BŞH-nin rəsmi veb-səhifəsinə daxil olaraq müvafiq formanı doldurmalı və tələb olunan sənədləri sistemə yüklədikdən sonra onlayn qaydada müraciət etməlidirlər. Natamam və ya vaxtından gec göndərilmiş müraciət formaları nəzərə alınmayacaq.