- Baxış sayı: 73
- 03 Avqust 2026 21:56
- Baxış sayı: 128
- Avqust 11, 2026
- 0

Bu gün Formula-1 dünya çempionatı çərçivəsində Azərbaycan qran-prisi baş tutdu. Allsport.az saytı xəbər verir ki, 6003 metr uzunluğu olan Bakı şəhər halqasında pilotlar 51 dövrə vurdular.
3 qəzanın baş verdiyi ötüşmədə qalib adını “Red Bul”dan Serxio Peres qazandı. O, 1:44:703 saniyə qət etdi. “Aston Martin” komandasından Sebastyan Fettel 2-ci, “Skuderiya Alfa Tauri”dən Pyer Qasli 3-cü yer tutdular.
Növbəti, 7-ci qran-pri Fransada olacaq. 5842 metrlik Pol Pikar trasında pilotlar 53 dövrə vuracaqlar.