Azərbaycan qran-prisi üçün konfrans

Bakı şəhər halqası əməliyyat şirkəti hər il ənənəvi olaraq təşkil etdiyi “İrimiqyaslı idman yarışlarının keçirilməsinin ölkəyə faydaları”adlı beynəlxalq konfransı Formula1 Azərbaycan qran-prisinin 5 illiyi münasibətilə “İdman və şəhər” mövzusuna həsr edib.

Allsport.az xəbər verir ki, fevralın 1-i Bakı konqres mərkəzində baş tutacaq konfransda idman yarışlarının şəhər quruculuğuna təsirini öyrənən dünyanın bir sıra aparıcı mütəxəssisi çıxış edəcək, xarici ölkələrin
təcrübələrini bölüşəcəklər.

Konfrans bütün ictimaiyyətə açıqdır və iştirak üçün heç bir ödəniş tələb olunmur. BŞH-nin saytında tədbirə qeydiyyatdan keçmək olar.

Həmin kateqoriyadan