Azərbaycan qran-prisinə biletlərin qiyməti neçəyə olacaq?

Fevralın 22-dən Formula-1 Azərbaycan qran-prisinə bilet satışına start verilir. Allsport.az saytı xəbər verir ki, qiymət yerli azarkeşlər üçün ayaqüstü zonada birgünlük 90-160 manat, üçgünlük tribuna biletləri 280-970 manat, uşaqlar üçün (16 yaşadək) isə 190-690 manat aralığında dəyişir. Bundan əlavə, hər il olduğu kimi, bu il paddok klubu və xüsusi korporativ yerlər üçün bilet satışı da nəzərdə tutulub.

2020-ci ildə COVİD-19 səbəbindən təxirə salınmış Formula-1 Azərbaycan qran-prisi zamanı alınmış biletlər bu dəfə keçərli olacaq. Builki yarışların formatında qlobal pandemiya fonunda tamaşaçıların təhlükəsizliyini maksimum dərəcədə təmin etmək məqsədilə konsert proqramı nəzərdə tutulmayıb.

Lakin ötən illərdə olduğu kimi, bu il də tamaşaçılar üçün müxtəlif əyləncəli proqramlar təşkil olunacaq. Tamaşaçılardan yarış vaxtı ölkədə COVID-19-la bağlı mövcud təhlükəsizlik qaydalarına əməl etmələri tələb olunacaq.

Azərbaycan mükafat yarışı iyunun 10-12-də keçiriləcək.

Həmin kateqoriyadan