Azərbaycan qran prisinə daha bir tribunanın biletləri tam satılıb

28-30 apreldə paytaxtımızın ev sahibliyi edəcəyi Formula-1 Azərbaycan qran prisi üçün tribuna biletlərinin satışı sürətlə davam edir. Bununla da, “Sahil” tribunasına yerlər tamamilə tutulmaqla qalan tribuna biletlərinin 50%-dən çox hissəsi satılıb.

Allsport.az saytı xəbər verir ki, hazırda biletlər 100-ə yaxın ölkədən alınır: Buraya Azərbaycan, Birləşmiş Krallıq, Niderland, Birləşmiş Ərəb Əmirlikləri, Avstriya, Almaniya, İrlandiya, İtaliya, İsrail, Argentina, Hindistan, Amerika Birləşmiş Ştatları, Meksika.

Alışa görə birinci üçlükdə adları ilk 3 çəkilən məmləkətlər qərarlaşıblar. Avtoidman həvəskarları yerlər bitmədən digər tribunalara – “İçərişəhər”, “Azneft”, “Muğam”, “Qız qalası”, “Xəzər”, “Bulvar” tribunalarına bilet əldə edə bilərlər. Bundan əlavə, “Abşeron” tribunasının “B” sektorunun biletləri tamamilə satılsa da, onların “A”, “C”, “D” və “E” sektoru biletlərini almaq fürsətləri hələ də var.

Həmin kateqoriyadan