Azərbaycan qran-prisinin marşal proqramına qeydiyyat başlayıb

Bakı Şəhər Halqası əməliyyat şirkətinin tərkibində fəaliyyət göstərən marşal klubu gələn il aprelin 26-28-də keçiriləcək Azərbaycan qran-prisinə qeydiyyat başlayıb. Allsport.az saytı xəbər verir ki, paytaxtın mərkəzi küçələrində bu möhtəşəm idman tədbirinin uğurla baş tutmasında birbaşa öz töhfəsini vermək istəyən və yaşayış yerindən asılı olmayaraq yaşı 21-dən çox olan hər kəs bu proqramına qoşula bilər. Cəlb olunanlar Azərbaycan mükafat yarışının bir hissəsi olmaq, eyni zamanda, Formula1 həyacanını trekə ən yaxın yerdən yaşamaq imkanına sahib olacaqlar.

Proqrama qoşulmaq istəyənlər marşal proqramına müraciət sistemi (http://marshals.bakucitycircuit.com/#/login) vasitəsilə qeydiyyatdan keçə bilərlər. Formula1 həftəsonunu uğurla başa çatdıran hər bir marşala Azərbaycan Avtomobil Federasiyasının təqdim etdiyi, Beynəlxalq Avtomobil Federasiyası tərəfindən təsdiq olunmuş beynəlxalq lisenziyalı sertifikat təqdim olunacaq. Beynəlxalq lisenziya marşallara, təkcə Azərbaycanda deyil, Formula1 qran-prisinə ev sahibliyi edən digər ölkələrdə keçiriləcək yarışlara qatılmaq hüququ verəcək.

Həmin kateqoriyadan