Azərbaycan qran-prisinin vauçerlərinin elektron biletlərə dəyişdirilməsinə başlanılıb

Formula-1 Azərbaycan qran-prisinə bilet alan şəxslər artıq əldə olunan vauçerləri elektron biletlərə dəyişə bilərlər. Allsport.az saytı xəbər verir ki, vauçerlərin dəyişdirilməsi iyunun 12-dək davam edəcək.

Elektron biletləri yarış və əyləncə zonasının girişindəki bilet satış məntəqələrindən, eləcə də şəhərin kassalarından əldə etmək mümkündür. yarış və əyləncə zonasına vauçerlə giriş qeyri-mümkündür.

Azərbaycan mükafat yarışı 10-12 iyunda olacaq. Sürücülər 6003 metrlik Bakı şəhər halqasında 51 dövrə vuracaqlar.

Həmin kateqoriyadan