Azərbaycan reqbi federasiyasında yeni prezident

Bu gün Azərbaycan reqbi federasiyasının növbədənkənar ümumi yığıncağı keçirilib. Allsport.az xəbər verir ki, tədbirdə çıxış edən gənclər və idman naziri Fərid Qayıbov toplantı iştirakçılarını salamlayaraq, onlara uğurlar arzulayıb.

Yığıncaqda rəhbər orqanlarına seçkilər keçirilib. Röyal Süleymanov Azərbaycan reqbi federasiyasının prezidenti seçilib.

Toplantıda Ernesto Ferlenq birinci vitse-prezident, Səbuhi Qarayev vitse-prezident, Raqif HüseynliVaqif Səadətxan isə idarə heyətinə üzv seçiliblər.

Həmin kateqoriyadan