Azərbaycanda buzadırmanma festivalı

Azərbaycan alpinizm federasiyası (AAF) tərəfindən Qusarın Laza kəndi yaxınlığındakı donmuş şəlalələrdə növbəti buzadırmanma festivalı keçirilib.

Allsport.az xəbər verir ki, festivalda 76 nəfər iştirak edib.

İştirakçılar üçün müxtəlif mürəkkəblik dərəcəsində marşrutlar təqdim olunub. İdmançılar mürəkkəblik və sürət disiplinlərində öz qüvvələrini sınamaq imkanı qazanıblar.

Festival təşkilatçıları buzadırmanma ilə yeni tanış olanlar üçün təlim dərsləri keçiriblər.

Qeyd edək ki, AAF alpinizm, buzadırmanma, qayayadırmanma, draytulinq, idman dırmanması, skayranninq, habelə dağ turizmini təbliğ və inkişaf etdirir.

Həmin kateqoriyadan