Azərbaycanın buzadırmanma millisi dünya çempionatında 2-ci oldu

Rusiyanın Kirov şəhərində 6-8 mart 2015-ci il tarixlərində keçirilmiş sürət üzrə Buzadırmanma üzrə Dünya Çempionatında (UİAA İce Climbing World Cup and World Championships (Speed) Russia 2015) Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının (FAIREX) idmançılarından ibarət Azərbaycan milli yığma komandası ölkəmizi müvəfəqiyyətlə təmsil edib. Allsport.az xəbər verir ki, çempionatın nəticələrinə görə komandalararası yarışda FAIREX-in idmançılarından təşkil olunmuş Azərbaycan milli yığma komandası 2-ci yeri tutub.

Qeyd edək ki, kişilər və qadınlar arasında sürət üzrə keçirilən çempionat üç gün davam edib. Yüksək nəticələr əldə etmək üçün əzm və qətiyyətlə mübarizə aparan Milli yığma komandanın idmançıları qarşılarına qoyduqları məqsədə çatmaq üçün qüvvələrini əsirgəməyiblər.

Xatırladaq ki yarışlarda ölkəmizi Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının idmançılarından Rinat Rəhimxanov, Alim Atluxanov, Qalib Şıxrəhimov, Ramel Rəhimxanov, Leyla Əhmədova və Sima Səfərova təmsil edib.

Həmin kateqoriyadan