“Azəryol”un həndbolçuları qolçular sihahısına öncüllük edirlər

Həndbol üzrə ölkə çempionatının super liqasında 1 dövrə arxada qalıb. Allsport.az saytı xəbər verir ki, ən məhsuldar oyunçular siyahısında “Azəryol”un üzvləri öndədirlər.

Kişilərin mübarizəsində Kiril Razumov 43 dəfə fərqlənib. “Qarabağ”dan Ramazan Muradov ondan 1 top az vurub. İlk üçlüyü “İdman Akademiyası”ndan Röyal Mürsəlov qapayır.

Qadınların rəqabətində Kamilə Bayramova 48 qola hamını qabaqlayır. “İdman Akademiyası”nda Səbinə Mustafayeva 10 top geri qalır. İlk üçlükdə “Azəryol”da Violetta Afanasyeva qərarlaşıb.

Həmin kateqoriyadan