“Azəryol”un qapıçısı: “İnşallah, sonda qələbə bizim olar”

Noyabrın 11-ində “AHF arenada” həndbol üzrə 30-cu Azərbaycan çempionatının super liqası start götürəcək. İlk gündə meydan qadınlara veriləcək. “Azəryol” şərti ev sahibəsi olaraq “Gənclər Birliyi”yini qəbul edəcək. Son ölkə çempionu yeni mövsümə necə hazırlaşır? Komandanın əsas qapıçısı Azaliya Həsənova, allsport.az saytına açıqlamasında yeni rəqabətdə də iddialı olacaqlarını deyib. O, öncə avrokubokdan bəhs edib. Sitat:

“Avropa kubokunda Bosniya və Hersoqovinada “Krivaja”ya qarşı keçirdiyimiz 2 oyunda pis oynamadıq. Amma sonda çox kiçik fərqlərlə yenildik. Bu üzdən, həmin görüşləri yaxşı nəticə saymaq olmaz. Burada bəzi amillər var: yeni qoşulan həndbolçular və öz aramızda çox oynamamağımız.

Düşünürəm ki, beynəlxalq görüşlər evdə olsaydı, azarkeş dəstəyindən ruhlanıb qazanmaq fürsətimiz olardı. Hazırda ölkə çempionatına hazırlaşırıq, yeni baş məşqçi Aleksandr Revva ilə çalışmalar yüksək səviyyədədir. Onun tapşırıqları maraqlıdır və bizim üçün yenildir. Komandaların hamısı bərabər gücdədir. 1-ci yeri tutmağa çalışacağıq. İnşallah, sonda qələbə bizim olar”.

Həmin kateqoriyadan