“Azəryol”un qapıçısı: “Qarabağ”ı çox irəli buraxa bilməzdik

Qadın həndbolçuların super liqasının 14-cü turunda qızıl medallara iddialı “Qarabağ” və “Azəryol” qarşılaşıblar. Gərgin keçən oyunda son ölkə çempionu mübarizənin gedişində məşqçilərsiz qalıb. Buna rəğmən, “Azəryol” matçı xeyrinə bitirə bilib (27:25). Klubun əsas qapıçısı Azaliya Həsənova qarşılaşma ilə bağlı təəssüratını allsport.az saytı ilə bölüşüb: 

“Çox rəqabətli və çətin oyun idi. Rəqib yarış cədvəlində 1-ci pillədə qərarlaşıb. “Qarabağ”ı çox irəli buraxa bilməzdik. Qızların əzmkarlığı və ən əsası, komanda oyunu, yekunda bizə qələbə qazandırdı. Məşqçilərin dəqiq göstərişi qələbəmizin əsasıdır. Baxmayaraq ki, matçın gedişində onlar qırmızı vərəqə aldılar. Məşqçilərin tribunadan bizə olan dəstəyini hiss edərək, məsləhətləri qaçırmamağa çalışıraq, bu çətin oyunda qələbəyə nail olduq”.

Həmin kateqoriyadan