Azarkeşlər formula1 pilotlarından imza alıblar

Bu gün formula1 Azərbaycan qran-prisinin əyləncə zonasında sürücülərin azarkeşlər üçün növbəti imza sessiyaları təşkil edildi. Allsport.az saytı xəbər verir ki, idmansevərlər pilotlarla görüşərək onlardan avtoqraf alıblar.

Azarkeşlər bu günkü sessiyalarda “Toro Rosso”, “Sauber” və “Force India” komandalarının üzvləri iləbir araya gəliblər.

Xatırladaq ki, imza tədbirini ilk günündə (23 iyun) “Maklaren”, “Haas” və “Uillyams”, iyunun 24-də isə “Red Bull Racinq”, “Ferrari”, “Mersedes”, “Renault” komandaların pilotları azarkeşlər qarşısına çıxıblar.

Həmin kateqoriyadan