“Azarkeşləri uzun müddət sonra ilk dəfə tribunada görmək çox xoşdur”

Lüis Həmilton özünün 15-ci Formula1 mövsümünə qələbə ilə başlayıb. Allsport.az saytı xəbər verir ki, Maks Ferstappenlə sərt bir mübarizədə britaniyalı finiş xəttini rəqibindən 0,745 saniyə qabaq keçib. O, sevincini media ilə bölüşüb: “Əvvəla, azarkeşləri uzun müddət sonra ilk dəfə tribunada görmək çox xoşdur! Ən əsası, özünüzə diqqət yetirin, məsafənizi qoruyun! Çox yaxşıdır ki, bütün Formula1 mövsümü bu il adi vaxtda başladı.

Ötüşmə inanılmaz dərəcədə çətin oldu! Əvvəl bir pit-stop etmişdik və son dövrələrdə çətin olacağını başa düşdük, amma bu həftə sonu inanılmaz dərəcədə sürətli olan Maksdan ən azı bir az qabaqlanmaq şansına sahib olmaq üçün elə davranmalı idik. Son hissədə, lazımi tarazlığı qorumaq və çox hücum etməmək, təkərlərin finiş xəttinə qədər davam etməsi asan deyildi. Maks yaxınlaşdı, amma yenə də qabaqda qalmağı bacardım!”

Həmin kateqoriyadan