Azneft dairəsində yolun hərəkət hissəsi daraldılacaq

Formula1 Azərbaycan qran-prisinə hazırlıq çərçivəsində aprelin 13-də saat 22:00-dan etibarən Azneft dairəsində yolun hərəkət hissəsi daraldılacaq. Allsport.az saytı xəbər verir ki, proses zamanı bu hissədə nəqliyyatın əvvəlki istiqamətlər üzrə hərəkəti tam təmin olunacaq.

Yürüşə son hazırlıqla əlaqədar aprelin 21-dən 22-nə keçən gecə trekin keçdiyi bütün yollar, o cümlədən, Azneft dairəsi nəqliyyatın hərəkəti üçün tam bağlı olacaq. Həmin küçələrdə nəqliyyatın hərəkəti aprelin 30-da saat 06:00-dək tamamilə dayandırılacaq.

Həmin kateqoriyadan